AZ

“Xəzri” final seriyasının ilk oyununda qalib gəldi - FOTO

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) final seriyasının ilk oyunu keçirilib. 

Bizim.Media xəbər verir ki, həlledici qarşılaşmada "Sabah" və "Xəzri" komandaları qarşılaşıb.

Bunadək hər 2 görüşdə qalib gələn son çempion uğurunu davam etdirə bilməyib. İlk periodda üstünlüyü ələ keçirən "Xəzri" sonadək qələbə hesabını qoruyub. 90:75 hesabı ilə qalib gələn Murat Dikmenin komandası seriyada önə keçib. 
Qeyd edək ki, final seriyasında 3 qələbə qazanan komanda qızıl medala yiyələnəcək.

Azərbaycan Basketbol Liqası

Final seriyası, ilk oyun

16 may

19:30. "Sabah" – “Xəzri” - 75:90 (21:31, 23:23, 10:19, 21:17)

"Sərhədçi" İdman Mərkəzi



Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
50
bizim.media

10Mənbələr