AZ

Azərbaycandan olan 19 kursant Türkiyədə səkkiz aylıq kursu tamamlayıb - FOTO

Azərbaycan Silahlı Qüvvələrinin 19 kursantı Ankarada Jandarm Logistika Akademiyası Komandanlığının kurslarını müvəffəqiyyətlə tamamlayaraq diplomlarını alıblar.

Bu barədə BAKU.WS-ə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, Ankarada Jandarm Logistika Akademiyası Komandanlığında Təməl Kurslar Diplom Mərasimi təşkil olunub:

"Türkiyənin daxili işlər nazirinin müavini Məhmət Aktaş və Jandarm Qüvvələri komandanı Ordu generalı Arif Çətinin də iştirak etdiyi tədbirdə Azərbaycan Silahlı Qüvvələrindən 19 nəfər də 8 aylıq kursları müvəffəqiyyətlə tamamlayaraq diplomlarını alıblar.

Həmin kursantların diplomlarını Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov təqdim edib.

Səfir məzun olan kursantları təbrik edərək onlara uğurlar diləyib".

Seçilən
164
10
baku.ws

10Mənbələr