AZ

8 ölkə Rəisinin ölümü ilə bağlı matəm elan etdi


İran da daxil olmaqla dünyanın ən azı 8 ölkəsində helikopter qəzasında İslam Respublikasının Prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin vəfatı ilə əlaqədar matəm elan edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Məlumata görə, bunlar Hindistan, İraq, Livan, Pakistan, Suriya, Tacikistan və Türkiyədir.
Əksər ölkələrdə bir günlük matəm elan edilib. Ancaq Suriya və Livanda matəm üç gün, Tacikistanda isə iki gün olacaq. İslam Respublikasında matəm tədbirləri beş gün davam edəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
321
50
yeniavaz.com

10Mənbələr