Fransanın Sakit Okeandakı muxtar bölgəsi Yeni Kaledoniya adasında gərginlik artıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
Fransa parlamentində Yeni Kaledoniya konstitusiyasını bölgədə yaşayan fransızların xeyrinə dəyişəcək qanun təklifi adada etirazla qarşılanıb.
Hadisələr zamanı 200 maşın və 50-dən çox iş yeri yandırılıb. Hadisələr zamanı 54 mühafizəçi yaralanıb, 82 nümayişçi saxlanılıb.
Paytaxt Noumea şəhərində komendant saatı elan edilib və ictimaiyyətə sakitlik çağırışı edilib.
Səsvermə sisteminin dəyişdirilməsi ilə bağlı qanun layihəsinə görə, 10 ildir Yeni Kaledoniyada yaşayan Fransa vətəndaşları əyalət seçkilərində səs verə biləcəklər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta