AZ

Bakıda bu gün 26 dərəcə isti olacaq

Bu günün havası əsasən yağmursuz keçəcək.

Bizim.Media xəbər verir ki, Bakıda və Abşeronda gecə 12-16° isti, gündüz 21-26° isti təşkil edəcək.

Respublikanın bölgələrində ayrı-ayrı yerlərdə leysan, şimşək, dolu, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Rayonlarda gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti proqnozlaşdırılır.

Bəzi yerlərdə arabir duman müşahidə ediləcək.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
163
26
bizim.media

10Mənbələr