AZ

“Bu ilin dövlət büdcəsinə yenidən baxılacaq, xərclərin ümumi çəkisi ÜDM-in 34 faizinə çatdırılacaq”

“Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılması ilə bağlı Milli Məclisə qanun layihəsi daxil olub. Həmin qanun layihəsində bizim dövlət büdcəsi xərclərinin xüsusi çəkisi ÜDM-də 34%-ə çatdırılması proqnozlaşdırılır. Bu kifayət qədər yüksək haldır. Amma yenə də deyirəm, biz əhəmiyyətli xərc artımına gedirik”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib

“Biz çalışmalıyıq ki, xərclərin artımı makroiqtisadi sabitliyə xələl gətirməsin. Bu, əsas məqamlardan biridir. Çünki xərclərin kəskin sürətdə artırılması hiss ediləcək fəsadlara gətirib çıxara bilər”, – deyə o bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
49
banker.az

10Mənbələr