AZ

Rəisinin helikopter qəzası ilə bağlı hesabat dərc olundu: 6 FAKT

İranın mərhum prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı ilkin hesabatı dərc edilib.

Turkustan.az xəbər verir ki, qəza ilə bağlı 6 fakt göstərilib. Həmin faktları təqdim edirik:

1. Helikopter planlaşdırılan marşrut üzrə hərəkət edib və helikopter qəzaya uğrayana qədər təyin olunmuş uçuş yolundan çıxmayıb.

2. Qəzaya uğrayan helikopterin pilotu qəzadan dəqiqə yarım əvvəl digər iki helikopterin pilotları ilə əlaqə saxlayıb.

3. Qəzaya uğrayan helikopterin cəsədində güllə zərbəsinin izləri aşkar edilməyib.

4. Qəzaya uğrayan helikopter yalnız dağla toqquşduqdan sonra alovlanıb.

5. Çətin ərazi, duman və aşağı temperatur səbəbindən axtarış əməliyyatı gecə boyu davam edib. Həmçinin, bazar ertəsi səhər tezdən də axtarış davam edib və səhər saat 5-də İran pilotsuz təyyarələrinin köməyi ilə fəlakətin dəqiq koordinatları müəyyən edilib.

6. Gözətçi qülləsi ilə uçuş heyəti arasında aparılan danışıqlarda heç bir şübhəli insident qeydə alınmayıb. /cebheinfo.az/

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
50
turkustan.az

10Mənbələr