AZ

Birinci Qarabağ müharibəsində şəhid olan İlqar Rəhimovun qalıqları Göyçayda dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 30 il sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Rəhimov İlqar Şaiq oğlunun qalıqları Göyçay rayonun Müskürlü kəndinə gətirilib.

“İki sahil” xəbər verir ki, kənddə şəhidlə vida mərasimi təşkil olunub.

Daha sonra şəhidin qalıqları kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində iştirak edən Rəhimov İlqar Şaiq oğlunun 1994-cü ildə Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşdüyü ehtimal olunub. Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
2
ikisahil.az

3Mənbələr