AZ

“Deyir ki, “Anar getsin, evində ölsün” - Deputat

Ailəli və uşağı olan qadınların işdən bir saat tez çıxması ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub.

“Report”un məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı Tahir Rzayev parlamentin mayın 24-də keçirilən plenar iclasında çıxış edib.

Onun sözlərinə görə, qadınlar səhər uşaqlarını məktəbə yola salır, həyat yoldaşlarına çay süfrəsi hazırlayıb işə vaxtında getməsini təmin edir:

"İşdən gəldikdən sonra isə ev işləri və övladının dərsləri ilə məşğul olur. Ona görə də özünə baxmağa və istirahət etməyə vaxt tapmır. Qaça-qaça işə gedir, tələsik gəlir, yeməyi vaxtında yeyə bilmir, bəzən ərinin qayğıları ilə lazımınca məşğul ola bilmir, təntiyir, yorulur, əldən düşür. Bəzi qadınlar Sumqayıtdan, Mərdəkandan Bakının mərkəzinə işə gəlir. O zaman onların hansı vəziyyətdə olmasını təsəvvür etmək elə də çətin deyil”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
6
azpolitika.info

10Mənbələr