AZ

Deputat: "Biz heç kimdən ərazi istəmirik, amma özümüzünkünü də heç kimə verməyəcəyik"

"Ermənistan kəndlərimizi işğal edərək xarabalığa çevirmişdi və hesab edirdi ki, onlar bir daha geri qaytarılmayacaq".

Bunu Oxu.Az-a açıqlamasında Qazaxın dörd kəndinin qaytarılması ilə bağlı məsələni şərh edən Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin liderliyi sayəsində Azərbaycan inkişaf etdi, gücləndi və öz gücü ilə bütün ərazilərdə suverenlik bərpa olundu:

"Qazaxın dörd kəndi Ermənistan tərəfindən 1992-ci ildə işğal olunmuşdu. Ermənistan işğal altında saxladığı kəndlərimizi qaytarmağı düşünmürdü. Məhz ölkə başçımızın səsləndirdiyi qətiyyətli fikirlər Ermənistan hakimiyyətini kəndlərimizi qaytarmağa məcbur etdi. Çünki Ermənistanda yaxşı bilirlər ki, Prezident İlham Əliyevin dediyi hər bir söz reallaşır. Ona görə də Ermənistan rəhbərliyi qısa zaman kəsiyində dörd kəndimizi qaytarmağa və sərhədlərin delimitasiya olunmasına razılaşdı".

A.Badamov bildirib ki, məhz ölkə başçımızın uzaqgörən siyasəti sayəsində hərbi və siyasi yollarla ərazilərimizin suverenliyi təmin olundu:

"44 günlük Vətən müharibəsi başa çatanda müzəffər Ali baş Komandan bildirmişdi ki, "nəyi necə və nə zaman etmək lazımdırsa, mən bilirəm". Məhz ölkə başçımızın uzaqgörən siyasəti sayəsində hərbi və siyasi yollarla ərazilərimizin suverenliyi təmin olundu.

Azərbaycan qalibdir və yeni reallığı yaradan və diktə edən tərəfdir. Çünki bizim bütün addımlarımız BMT Nizamnaməsinə və beynəlxalq hüquqa söykənir. Biz heç kimdən ərazi istəmirik. Amma özümüzünkünü də heç kimə verməyəcəyik. Növbəti mərhələdə işğalda qalmış dörd kəndin taleyinin həll olunması və Zəngəzur dəhlizinin açılmasıdır. Hesab edirəm ki, zamanı gələndə həmin məsələlər də yoluna qoyulacaq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
4
paralel.az

10Mənbələr