AZ

Rəisinin ölümü ilə bağlı mühüm açıqlama: Hadisəyə səbəb...

İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Abdullahiyan da daxil olmaqla 8 rəsminin həlak olduğu helikopter qəzası ilə bağlı ilkin araşdırma hesabatı tamamlanıb.

Teleqraf.com xəbər verir ki, İran Baş Qərargahının apardığı araşdırmanın ilkin nəticələrinə görə, qəzada təxribat əlamətinin olmadığı müəyyən edilib.

İran dövlət mediasının məlumatına görə, ordunun ilkin təhqiqatı helikopterin bütün səyahət boyu əvvəlcədən müəyyən edilmiş marşrutdan kənara çıxmadığını müəyyən edib.

Qeyd edilib ki, qəzadan 1 dəqiqə yarım əvvəl helikopterin pilotu konvoydakı digər iki helikopterlə əlaqə saxlayıb. Helikopterin qalıqlarında güllə izi və ya oxşar xarici hücum elementlərinin olmadığı müəyyən edilib. Helikopter dağlıq əraziyə çırpıldıqdan sonra yanğın başlayıb.

Məlumata görə, hərəkəti idarə edən qüllənin və uçuş heyətinin kommunikasiyalarında diqqətçəkən elementlərə rast gəlinməyib.

Qeyd edək ki, İran prezidenti Rəisi mayın 19-da helikopter qəzasında həlak olub.


Müəllif: Əsəd Məmmədəliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
50
teleqraf.com

10Mənbələr