AZ

Zaqatalada qətlə yetirilən qadın müəllimdir

Zaqatalada qardaşı tərəfindən öldürülən qadın müəllim imiş.

 

AzEdu.az xəbər verir ki, bu barədə "lent.az" saytı məlumat yayıb.

 

Məlumata görə, qətlə yetirilən Natavan Əhmədova Yuxarı Tala kənd 2 saylı orta məktəbdə müəllim işləyib.

 

 

 

***

 

Mayın 27-də saat 22 radələrində Zaqatala rayonunda 1980-ci il təvəllüdlü Əhmədova Natavan Mövləddin qızının odlu silahdan açılan atəşdən qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən N.Əhmədovanın qardaşı, 1989-cu il təvəllüdlü Nurlan Əsgərov saxlanılıb.

 

 

 

Araşdırma aparılır.

Seçilən
206
16
azedu.az

10Mənbələr