AZ

Zaqatalada DƏHŞƏT: Qardaş müəllim işləyən bacısını...

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

News24.az Lent.az-a istinadla bildirir ki, bu barədə Zaqatala Rayon Prokurorluğu məlumat yayıb.

Bilirilib ki, mayın 27-də saat 22 radələrində Zaqatala rayonu,Yuxarı Tala kəndi ərazisində 1980-ci il təvəllüdlü Nətəvan Əhmədovanın odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1989-cu il təvəllüdlü Nurlan Əsgərovun aralarında yaranmış mübahisə zamanı bacısı Nətəvan Əhmədovanı odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Nurlan Əsgərov iş üzrə şübhəli şəxs qismində tutulub.


**

Saat 00:18

Zaqatalada qardaşı tərəfindən öldürülən qadın müəllim imiş. 

News24.az Lent.az-a istinadla bildirir ki, qətlə yetirilən Natavan Əhmədova Yuxarı Tala kənd 2 saylı orta məktəbdə müəllim işləyib. 


**"

27 may, Saat 23:37

Mayın 27-də saat 22 radələrində Zaqatala rayonunda 44 yaşlı Əhmədova Natavan Mövləddin qızının odlu silahdan açılan atəşdən qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən N.Əhmədovanın qardaşı, 35 yaşlı Nurlan Əsgərov saxlanılıb.

Araşdırma aparılır.


***

Saat 23:30

Zaqatalada qətl törədilib. 

News24.az Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Yuxarı Tala kəndində qeydə alınıb. 

Kənd sakini 44 yaşlı Natavan Əhmədova güllələnərək qətlə yetirilib. 

Hadisənin motivi və kimin törətdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
50
news24.az

10Mənbələr