AZ

Lamin Yamal - La Liqada mövsümün ən yaxşı gənc oyunçusu!

“Barselona”nın sağ vingeri Lamin Yamal İspaniya La Liqasının 2023/2024-cü illər mövsümünün ən yaxşı gənc futbolçusu seçilib.

Arena.az bu İspaniya La Liqasının mətbuat xidmətinə istinadən məlumat verir.

Cari mövsümdə Yamal La Liqa çərçivəsində 37 oyuna çıxıb, 5 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamal “Barselona”nın yetirməsidir. Gənc istedad 2022/2023 mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə verib.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 6 oyun keçirib, 2 qol vurub, 2 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023 mövsümündə qazandığı İspaniya La Liqası var.

“Transfermarkt” internet-portalı 16 yaşlı ispaniyalı vingerin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
163
1
arena.az

10Mənbələr