AZ

Paşinyan "Sardarapat" memorialında baş verən insidentlə bağlı açıqlama verib

Ermənistanın baş naziri Nikol Paşinyan dünən "Sardarapat" yaxınlığında polisin bütün ermənilərin katolikosunun abidəyə daxil olması zamanı baş verən insidentə aydınlıq gətirib.
Baş nazirin sözlərinə görə, dünən katolikos protokol tədbirlərinin baş verdiyi yerə gəlib.
"Eçmiədzin kilsəsinin və ümumerməni katolikosu II Qaregin tədbirə dəvət edilməyib", - deyə Paşinyan qeyd edib.
"Polis isə yalnız katolikosun "öz tərəfdarlarının və rəhbərlik etdiyi siyasi hərəkat üzvlərinin təxribat əməllərini davam etdirmək" ("Vətən uğrunda Tavuş" nəzərdə tutulur) məqsədilə gəlib-gəlmədiyini aydınlaşdırmağa çalışıb. Ziyarətin yalnız protokol xarakteri daşıdığına dair təminat aldıqdan sonra, onlar katolikosun abidəyə girişini təmin ediblər", - deyə baş nazir bildirib.
Həmçinin o qeyd edib ki, etiraz hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan onunla digər vətəndaşların keçdiyi prosedurlar çərçivəsində görüşə biləcək.
Mənbə: Sputnik Ermənistan
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
50
oxu.az

10Mənbələr