AZ

İslandiyanın Reykjanes yarımadasında bu il 4-cü vulkan püskürüb

İslandiyanın Reykjanes yarımadasında bu il 4-cü vulkan püskürüb

İslandiyanın Reykjanes yarımadasındakı Qrindavik şəhərinin şimalında bu il dördüncü dəfə vulkan püskürməsi baş verib.İslandiya mediasında yer alan məlumata görə, vulkan yerli vaxtla saat 12.46-da Qrindavik şəhərinin şimalında püskürüb.Səlahiyyətlilər partlayışın baş verdiyi ərazidə 1 kilometr uzunluğundakı çatdan çıxan lavanın təxminən 50 metr hündürlükdə havaya sıçradığını və tüstünün qalxdığını bildirib.Vulkan püskürməsi ilə əlaqədar Cənubi yarımadada fövqəladə vəziyyət elan edilərkən, Qrindavik şəhəri, Blue Lagoon turizm bölgəsi və Svartsengidəki su elektrik stansiyası boşaldılıb.Reykjanes yarımadasında bu il dördüncü dəfə vulkan püskürməsi baş verib.Yarımadada bundan əvvəlki vulkan püskürmələri yanvarın 14-də, fevralın 8-də və martın 17-də baş verib.Reykjanes yarımadasında yerləşən və 2021-ci ildə fəaliyyətə başlayan Faqradals vulkanı 6 min ildən sonra lava püskürməyə başlayıb. Bu, 781 ildə Reykjanesdə ilk vulkan püskürməsi idi.

Seçilən
112
16
afn.az

10Mənbələr