AZ

Çin sahil mühafizə gəmisinin təhlükəli manevrləri” nəticəsində gəmi Filippin donanmasının təchizat gəmisi ilə toqquşub - KİV

Çin dəniz polisinin gəmilərinin təhlükəli manevrləri onların Cənubi Çin Dənizində Filippin Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsinin gəmiləri ilə toqquşmasına səbəb olub. Azadmedia.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Filippin hökumətinin Qərbi Filippin dənizindəki Milli Əməliyyat Qrupunun bəyanatında deyilir. Belə ki, həmin məlumata görə, bir insident bazar günü səhər “Sierra Madre” gəmisində yerləşdirilən personalın rotasiyasını yerinə yetirmək missiyası zamanı baş verib. “Çin sahil mühafizə gəmisinin təhlükəli manevrləri” nəticəsində gəmi Filippin donanmasının təchizat gəmisi ilə toqquşub. Digər insidentdə isə Ayunqin ərazisində Çin sahil mühafizə xidmətinin və Filippinin gəmiləri toqquşub.Qeyd edək ki, "Qərbi Filippin Dənizi Milli İşçi Qrupu Çin dəniz polisinin Filippinin suveren hüquqlarını və yurisdiksiyasını pozan son təhlükəli, məsuliyyətsiz və qanunsuz hərəkətləri qəti şəkildə pisləyir", - deyə məlumatda bildirilir.

Seçilən
275
18
Mənbələr
Şərh ()
Bağla