AZ

İsrail əsgərləri 60 fələstinlini əsir götürüb

İsrail əsgərləri İordan çayının qərb sahilində bir gündə 60 fələstinlini əsir götürüb.

BiG.AZ xəbər verir ki, Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Heyət tərəfindən verilən ortaq açıqlamada İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilində basqınlarını davam etdirdiyi bildirilib.

İşğal altındakı İordan çayının 7 oktyabr 2023-cü il tarixindən bu yana qərb sahilində saxlanılan fələstinlilərin sayının 9100-ə yüksəldiyi bildirilib.


BiG.Az
Seçilən
124
4
big.az

10Mənbələr