AZ

COP29-un prezidenti və UNFCCC-nin icraçı katibi iqlim dəyişikliyi ilə mübarizə strategiyalarını müzakirə ediblər

COP29-un prezidenti Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil ilə görüşüb.

Ekologiya.az xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Bu gün COP29-un prezidenti Muxtar Babayev Bonn İqlim Konfransı çərçivəsində UNFCCC-nin icraçı katibi Saymon Stil ilə səmərəli görüş keçirib. Onlar Bakıda keçiriləcək COP29 tədbiri öncəsi qlobal iqlim fəaliyyətini və əməkdaşlığı gücləndirmək üçün strategiyaları müzakirə ediblər”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Bakıda keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. Tədbir çərçivəsində Azərbaycanın paytaxtı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.


Seçilən
130
50
ekologiya.az

10Mənbələr