AZ

Britaniyalı səfirlə COP29-a hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Fergus Auld ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Məlumata görə, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

Seçilən
119
50
bizim.media

10Mənbələr