AZ

Məhkəmə Baydenin oğlu ilə bağılı QƏRAR VERDİ

ABŞ-nin Delaver ştat məhkəməsində hakimlər kollegiyası ABŞ prezidenti Co Baydenin oğlu Hanter Baydeni silah alışı məsələsində təqsirli bilib.

Publika.az xəbər verir ki, 54 yaşlı şəxs 2018-ci ildə odlu silah alarkən narkotik maddə qəbul etməməsi ilə bağlı yalan danışmaqda təqsirləndirilir. Bayden ittham aktının hər 3 maddəsi üzrə təqsirli bilinib. Hakim hökmü elan etdikdən sonra yekun qərarın 120 gün ərzində verilə biləcəyini deyib, lakin konkret tarix açıqlanmayıb.

Bildirilir ki, Hanter Baydeni 25 ilə kimi azadlıqdan məhrumedilmə cəzası və 750 min dollar cərimə gözləyir. Daha əvvəl ABŞ prezidenti Co Bayden oğlu təqsirli bilindiyi halda onu əfv etməyəcəyini açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
2
publika.az

3Mənbələr