AZ

70-dən çox vətəndaşın viza üçün ödədiyipulları alaraq xaricə qaçdı – İDDİALARLA BAĞLI DETALLARVİDEO

Xarici ölkələrə səyahət, iş vizası adı altında 70-dən çox vətəndaş aldadılıb.

Xezerxeber.az xəbər verir ki, şikayətçilər sosial şəbəkədə gördükləri elan əsasında müraciət etdikləri turizm şirkəti tərəfindən dələduzluğa məruz qaldıqlarını iddia edir.

"Xəzər Xəbər"ə üz tutan zərərçəkmişlər deyir ki, şikayətçi olduqları şirkətin qapıları aylardır onların üzünə  açılmır.

Zərərçəkmişlər bildirib ki, şikayətçi olduqları "Vork Time Travel -2" turizm şirkətinin sonradan adı dəyişdirilərək "NextStation" MMC adlandırılıb.

Çəkiliş apardığımız zaman aldadıldığını bildirən vətəndaşların bəzilərinin pasportları onlara geri qaytarıldı. Ancaq özünü vəkil kimi təqdim edən həmin şəxs turizm şirkəti ilə heç bir əlaqəsinin olmadığını dedi.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Xəzər Xəbər"ə mövqe bildirilib.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
10
xezerxeber.az

10Mənbələr