AZ

"Kataleya" valyuta vəsaitini xaricdən geri qaytarmayıb

"Kataleya" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Xəzər Rayon Məhkəməsinin hakimi İlham Cəfərzadənin icraatındadır. Baxış iclası iyunun 21-də keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 14 İyun 2024, 08:07   
Seçilən
161
20
pravda.az

10Mənbələr