AZ

“Nerman” şirkəti yüksək məbləğdə cərimələnə bilər

Mərkəzi Bank “Nerman” MMC barəsində inzibati iş başlayıb. 

Valyuta.az xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə ittiham irəli sürülüb.

İşə Nizami Rayon Məhkəməsində baxılacaq. 

İyunun 27-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. 

430.4-cü maddəyə görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Hüseyn

Seçilən
108
14
valyuta.az

10Mənbələr