AZ

Türkiyə ordusu 17 terrorçunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında və Suriyada 17 terrorçunu məhv edib.

Adalet.az Türkiyə Milli Müdafiə Nazirliyinin məlumata istinadla xəbər verir ki, Hakurk rayonunda, həmçinin İraqda davam edən “Pence Kilit” antiterror əməliyyatı zamanı 8 terrorçu zərərsizləşdirilib.

Qalan 9 terrorçu isə Suriyanın şimalında – “Fırat kalkanı” antiterror əməliyyatı çərçivəsində məhv edilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında vurğulanıb ki, regionda terrorçularla mübarizə qətiyyətlə davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
50
adalet.az

10Mənbələr