AZ

Sabunçuda 43 yaşlı qadını avtomobil vurub

Bakının Sabunçu rayonunda qadın piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

7Times.az xəbər verir ki, rayon ərazisində avtomobil yolu keçən 1981-ci il təvəllüdlü Ağasiyeva Aygün Sultanəhməd qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Seçilən
138
50
7times.az

10Mənbələr