AZ

Qərb bölgəsində güclü külək fəsadlar törədib

Qərb bölgəsində qeyri-sabit hava şəraiti fəsadlar yaradıb.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, daha ciddi fəsadlar Qazax rayonunda qeydə alınıb. Belə ki, fırtına nəticəsində çox sayda ağaclar aşıb, dam örtükləri dağılıb.

Külək yaşı 100-dən çox olan irigövdəli ağacları da kökündən çıxararaq aşırıb. Avtomobil yollarına aşan ağaclar və düşən dam örtükləri bir müddət tıxaca səbəb olub.

Həmçinin elektrik xətləri sıradan çıxıb, bir çox ərazidə elektrik enerjisinin verilməsi dayanıb.

Yağışla müşahidə olunan güclü külək bölgənin digər rayonlarında da müşahidə olunub. Daşkəsən rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Gəncə şəhərində isə külək nəticəsində aşan irigövdəli ağaclardan biri vətəndaşlara məxsus avtomobillərin üzərinə düşüb, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Həmçinin bir neçə obyektin və evin dam örtüyü dağılıb.

Şəhərin bəzi hissələrində elektrik enerjisinin verilməsi hələ də bərpa olunmayıb.

Hazırda Gəncə şəhərində və ətraf rayonlarda külək zəifləsə də, yağışlı hava şəraiti davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
35
missiya.az

10Mənbələr