AZ

"Altı ay əvvəl demişdim ki..." - Putin

Rusiyanın Xarkova yaxınlaşmaq niyyəti yoxdur, dövlət Ukrayna tərəfindən davam edən atəşə görə sanitar zona yaradır. 

"Unikal" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vyetnama dövlət səfərinin yekunları üzrə mətbuat konfransında deyib.

"Altı ay əvvəl mən demişdim ki, sərhədyanı yaşayış məntəqələrimizin atəşə tutulması davam edərsə, biz Ukrayna ərazisində təhlükəsizlik zonası, sanitar zona yaratmalı olacağıq. Mən dedim ki, bizim Xarkova yaxınlaşmaq fikrimiz yoxdur, bu, taktiki istiqamətdir", - Rusiya lideri bildirib.

Eyni zamanda o qeyd edib ki, Ukrayna silahlı qüvvələrinin nəyin bahasına olursa-olsun rus qoşunlarını Xarkovdan sıxışdırıb çıxarmaq cəhdləri düşmənə baha başa gələcək.

Ağarza Elçinoğlu 

Seçilən
274
50
unikal.az

10Mənbələr