AZ

"Yerli şirkətlərin tanıtım sərgisi" başlayır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İyunun 24-də Bakı Ekspo Mərkəzində "Yerli şirkətlərin tanıtım sərgisi"nə start veriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.
Bu il 5-ci dəfə keçiriləcək sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş etdirəcək.
Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş auditoriyaya tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Ziyarətçilər sərgidə müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlərin yeni məhsul və xidmətləri ilə də yaxından tanış ola biləcəklər.
İyunun 26-dək davam edəcək sərgi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Marsol Group"un birgə təşkilatçılığı ilə keçiriləcək. Sahibkarlığın İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İş adamları Cəmiyyətinin Milli Assosiasiyası və s. dövlət və özəl təşkilatlar sərginin tərəfdaşları sırasındadır.
Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir. Sərgi günlərində "Koroğlu" metro stansiyasından ("Alov" parkı, Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində) Bakı Ekspo Mərkəzinə pulsuz marşrut fəaliyyət göstərəcək.
Sərgi ilə bağlı ətraflı məlumat və ziyarətçi kimi qeydiyyatdan keçmək üçün: https://bit.ly/3wCsw3B
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
1
oxu.az

10Mənbələr