AZ

Rusiyada güclü yanğın: Hadisənin nazirliyin təchizat anbarında baş verdiyi ehtimal edilir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Rostov şəhərində güclü yanğın baş verib.
Bununla bağlı "Telegram"ın Rusiya seqmentində görüntülər yayılıb.
Yanan binadan çıxan qara tüstü sütunu şəhərin müxtəlif yerlərindən görünüb.
Sosial şəbəkələrdə verilən məlumata görə, binanın yaxınlıqda hərbi hissənin anbarları da yerləşir.
Hadisə şahidlərinin sözlərinə görə, Vyatskaya rayonunda Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz təchizat ehtiyatlarının saxlanılması bazası yanıb. Alov 700 kvadratmetr ərazini əhatə edib.
Mənbə: "Readovka" "Telegram"
Seçilən
174
50
oxu.az

10Mənbələr