AZ

İran ofşor rial buraxacaq

İran tezliklə Rusiya ilə maliyyə əməliyyatları üçün ofşor rial buraxacaq. 

“Cebhe.info” “RİA Novosti”-yə istinadən xəbər verir ki, İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Fərzin buraxılış planları barədə danışıb.

“Ofşor rial ideyası hazırlanır. Tezliklə biz Rusiya ilə əməliyyatlarda ilk ofşor rial layihəsinə başlayacağıq", - İran Mərkəzi Bankının rəhbəri bildirib.

Əvvəllər Dövlət Duması stabilkoinlərdən  (məzənnənin sabitliyinə ümumən tanınmış aktivlə əlaqəsi ilə təmin olunan kriptovalyutadan) İranla istifadəyə icazə verib. Dövlət Dumasının maliyyə bazarı komitəsinin rəhbəri Anatoli Aksakov qeyd edib ki, İran rialının məzənnəsinin dəyişməsi, həmçinin dollara nisbətdə iki məzənnənin olması Rusiyanın bu ölkəyə ixracı üçün narahatlıq yaradır.

Seçilən
89
12
cebheinfo.az

10Mənbələr