AZ

Azərbaycanın ikinci ordusu: 2020-ci ildə qələbə necə təmin edildi?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Baku TV-nin "Qarabağ xronikası" verilişinin 141-ci buraxılışı yayımlanıb.
Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Azərbaycan Ordusunu şəxsi heyətlə təmin edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətindən bəhs edib.
"Bu struktur Silahlı Qüvvələrin yeni kadrlarla təmin olunmasında, ölkənin müdafiə potensialının artırılmasında və müxtəlif çağırışlara hazır olmasında mühüm rol oynayır", - deyə o qeyd edib.
Bildirilib ki, 2020-ci ildə Azərbaycan Ordusunun yüksək peşəkarlıq səviyyəsinin şahidi olduq:
"Əks-hücum əməliyyatlarına başlayan hərbçilərimiz kəndləri, qəsəbələri, şəhərləri, rayon mərkəzlərini azad edərək bütün istiqamətlər üzrə yalnız irəli getdi. Ordunu əlavə canlı qüvvə ilə təmin edən isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti oldu. Qurumun səfərbər etdiyi şəxsi heyətin sayı ilə bağlı məlumatlar məxfilik qrifi altında olan informasiyadır. Lakin onu demək olar ki, Xidmətin Azərbaycan Ordusuna göndərdiyi şəxsi heyətin sayı əlavə bir orduya bərabər idi".
Daha ətraflı süjetdə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
50
oxu.az

10Mənbələr