AZ

Ceyhun Bayramov İtaliya XİN rəhbərinin müavini ilə görüşdü

İyunun 26-da xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Unikal" bildirilib ki, görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli çərçivədə mövcud əməkdaşlıqdan məmnunluq ifadə olunub və iki ölkə arasında siyasi, müdafiə, təhlükəsizlik, iqtisadi, ticarət, energetika, humanitar, təhsil və digər sahələrdə çoxölçülü strateji tərəfdaşlıq əlaqələrinin perspektivlərindən bəhs olunub.

İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin ölkəmizə təhvil verilməsi məmnunluqla qeyd edilib, müdafiə sahəsində əməkdaşlığın iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyi bildirilib.

Tərəflər, həmçinin post-münaqişə dövründə bölgədə vəziyyət Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi barədə fikir mübadiləsi aparıblar.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər müzakirə olunub.

Seçilən
170
9
unikal.az

10Mənbələr