AZ

QRİORYANIN “ERMƏNİ ARŞINI” VƏ ZAXAROVANIN ÇİRKİNLİYİ… – Nədən Qarabağı heç cür “bölə bilmirlər?”

“Müharibə etdik, Rusiya gəldi, “dağlıq Qarabağı” ermənilərdən alıb Azərbaycana verdi və geri qayıtdı. Bu, Rusiyadan tamamilə asılı olduğumuz vaxtda baş verdi”.

Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi, özü əslən Hadrutdan olan və ermənilərin uzun illər işğalda saxladıqları torpaqlarımızdan “şələ-küləsini” də götürüb qaçmalarını həzm edə bilməyən Armen Qriqoryan deyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın ona özünü çox gözlətməyən cavabı isə belə olub: “Hakimiyyət təmsilçisi kimi bu cür şəxslər öz xalqını aşağılayırlar. Ermənistan vətəndaşları öz ərazilərini(?!) müdafiə ediblər, canlarını veriblər və bunu tarixi baxımdan vacib hesab ediblər. Ermənistanın bir dövlət kimi uzun illər ideologiyası məhz bu tezislər üzərində qurulub. Onlar bilirdilər ki, nə uğrunda döyüşə gedirlər, nə üçün öz rifahlarını qurban verirlər, arvadlarını, uşaqlarını dulluğa, yetimliyə məhkum edirlər…”

Qriqoryanın bəyanatı mahiyyət etibarı ilə nə qədər həyasızdırsa, Zaxarovanın ona cavabı da bir o qədər, hətta ondan da artıq çirkin və iyrəncdir!

Əvvəlcə qeyd edək ki, Qriqoryanın bu açıqlaması bir daha göstərir ki, özünü “müasir”, “demokratik”, “sülhpərvər” və s. kimi dünyaya sırımağa çalışan Paşinyan hakimiyyəti xüsusilə də Azərbaycana, Türkiyəyə münasibətdə, işğalçılıq, qatı millətçilik, həyasızlıq, iftira və s. baxımından Koçaryan-Sarqsyan hakimiyyətyindən qətiyyən seçilmirlər. Göstərir ki, nə erməni cəmiyyəti, nə də onun “yeni-köhnə” hakimiyyəti öz mahiyyəti etibarilə dəyişən deyil – “itin quyruğunu kəsməklə, çevrilib qoyun olmur”.

Göstərir ki, onların saxta “sülhsevərliyi” də məhz təpələrinə Azərbaycanın yumruğu dəyəndən sonra məcburən “üzə çıxıb” və Azərbaycanın indi bu riyakarlara qarşı apardığı “Adın nədir, Daşdəmir…” siyasəti çox haqlı siyasətdir…

Həmin bu Qriqoryan və Paşinyan hakimiyyətinin digər nümayəndələri indi guya Rusiyanın Qarabağı ermənilərdən alıb Azərbaycana verdiyini iddia etdikləri halda, 44 günlük müharibədə və ondan sonrakı zamanlarda tamamilə başqa nağıllar danışırdılar. Gah deyirdilər ki, Qarabağı Suriyadan gələn terrorçular alıb, gah pakistanlılar, gah israillilər, gah Türkiyə və sair. Həmin vaxt “siyahıda” Rusiyanın adı yox idi.

İndi isə Qərbdəki sponsorlarına xoş gəlmək və sağalmaz xəstə olan erməni cəmiyyəti qarşısında özlərnə haqq qazandırmaq üçün “siyahıya” Rusiyanı da əlavə edirlər. Bunlar bir gün “Azərbaycan tərəfdə döyüşən rus batalyonları” barədə nağıllar belə uyduracaq qədər həyasızdırlar. Yəni, nə yolla olursa olsun, sübut etmək istəyirlər ki, Qarabağı Azərbaycan əsgəri, zabiti, generalı, siyasi rəhbərliyi, nəhayət, Azərbaycan xalqı yox, kimsə başqası azad edib…

Yeri gəlmişkən, Qriqoryandan əvvəl Paşinyan özü dəfələrlə iddia edib ki, Qarabağın taleyi ondan əvvəlki hakimiyyət tərəfindən həll olunmuşdu və onun Azərbaycana qaytarılması razılaşdırılmışdı. Digər yandan, hər şeyi öz “erməni arşını” ilə ölçən(necə ki, zamanında Rusiya Qarabağı Azərbaycandan alıb ermənilərə vermişdi) və tarix boyu Rusiyaya nökərlik edənlərin məntiqindən çıxış etsək, o zaman Rusiya öz maraqları xatirinə Qarabağı Ermənistandan alıb Azərbaycana verməyə qadir olacaq qədər güclü idisə, nədən onun Cənubi Qafqazda qalması üçün Qarabağın timsalında ən vacib münaqişə ocağının sönməsinə razılaşdı və bu qədər güclüdürsə, nədən Ermənistandakı dılğır bir hakimiyyəti dəyişə bilmir?

Qriqoryan “unudub” ki, 44 günlük müharibənin sonunda Qarabağdan qaçan erməniləri yenidən avtobuslara doldurub geri gətirən məhz “Qarabağı ermənidən alıb Azərbaycana verən” Rusiya oldu. Kremlin məqsədi Qarabağı Azərbaycana vermək idisə, onları niyə yenidən bizim torpaqlara soxurdu?

“Niyələr” çoxdur və regiondan, erməni psixologiyasından azca anlayışı olanlar gözəl bilir ki, Qriqoryanın bu iddiası saxtakarlıq, həyasızlıq və Azərbaycanın qələbəsinə kölgə salmaq üçün atılan iftiradan və biabırçılıqla uduzmuş birisinin daxili hikkəsindən başqa bir şey deyil…

Zaxarovaya gəlincə, Rusiya XİN-in rəsmi sözçüsü və “məişət alkaqoliki” reputasiyalı bu individ birinci dəfə deyil ki, Azərbaycanın ərazi bütövlüyünə dil uzadır. Qarabağın “Ermənistan vətəndaşlarının öz əraziləri” kimi təqdim edilməsi əlbəttə ki, şəxsən onun yox, Xankəndidə konsulluq açmaq istəyən Kremlin mövqeyidir! Bu, bir daha göstərir ki, zaxarovalar, lavrovlar, zatulinlər, eləcə də onların “mənəvi-siyasi ataları” – Çar Rusiyasından tutmuş Yeltsin, Putin hakimiyyətinə qədər hamısı qonşu xalqları müstəqil, suveren dövlət qurmağa layiq hesab etmirlər. Nə onların ərazilərini, nə suverenliyini, nə də milli kimliyini tanımaqda maraqlı deyillər və imkanları olsa, Azərbaycan başda olmaqla, bu respublikaların hər birini parçalayar, qan gölündə boğarlar, necə ki, bunu hazırda Ukraynada edirlər…

Kreml Zaxarovanın timsalında Qriqoryana və onun təmsil olunduğu hakimyyətə “Qarabağı niyə verdiniz”, “niyə onu Azərbaycan ərzisi kimi tanıdınız” deyir və indiyə kimi də dəfələrlə deyib. Ermənistan hakimiyyətində və Qriqoryanda isə Zaxarovaya lazım olan yoxdur, yəni, veriləcək cavab yoxdur, ona görə də günahı Rusiyanın üzərinə atır…

İndi Rusiyadakı şovinizm, imperiyaçılıq zehniyyəti ilə erməni hakimiyyəti, erməni cəmiyyətinin bünövrəsini təşkil edən qatı millətçilik, işğalçılıq zümrəsi arasında Qarabağın itirilməsi ətrafında gedən dartışmalar böyük və dadlı bir tikəni itirmiş iki itin günahı bir-birinin üzərinə atmasına, didişməsinə, cırmaqlaşmasına bənzəyir. Onların birinin başı 44 günlük müharibədə və ondan 3 il sonrakı əməliyyatda əzildi, ikincisinin də əzilməsinə çox qalmayıb…“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
50
moderator.az

10Mənbələr