"Qalatasaray"ın transfer etmək istədiyi Aaron Van-Bissaka Londona qayıtmaq niyyətindədir.
AzxeberSport İngiltərə mətbuatına istinadən xəbər verir ki, Konqo əsilli ingilis futbolçu "Vest Hem"in də diqqət mərkəzindədir.
Keçən mövsüm "Mançester Yunayted" forması ilə 30 oyuna çıxan Van-Bissaka 3 məhsuldar ötürmə edə bilib. 26 yaşlı müdafiəçinin bazar dəyəri 20 milyon avroya bərabərdir və "Qırmızı şeytanlar"la müqaviləsi 2025-ci ilə qədər qüvvədədir.