AZ

Kamal Sunalın filmi gerçək oldu: Adana sakini güldüyü üçün dəfn mərasimlərinə buraxılmır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Məşhur türkiyəli aktyor Kamal Sunalın "Gülən adam" filmi Adana şəhərinin Kozan rayonunda gerçək olub.
Şəhər sakini olan və təkər ustası işləyən 42 yaşlı Ali Tutar adlı şəxs Kamal Sunal kimi daim gülür.
Evli və iki uşaq atası olan şəxs bölgədə "Gülən Ali" kimi tanınır. Onun həddindən artıq istilərə fikir vermədən daim gülərək işini görməsi hər kəsin diqqətini çəkir. Ali Tutar daim güldüyü üçün dəfn mərasimlərinə də buraxılmadığını deyir.
"Hər kəs gülmək üçün buraya yanımıza gəlir. Mənə "Gülən Ali Tutar" deyirlər. Hava çox isti olsa da, gülürəm. İstidə gülmək məni yormur. Çənəm ağrımır. 60 dərəcə istidə də işləyirəm. Mənim üçün fərqi yoxdur, heç əsəbiləşə bilmirəm", - deyə o bildirib.
"Ən çox dəfn mərasimlərində çətinlik çəkirəm. Yas mərasimlərinə çox getmirəm, cənazələrdə də çox güldüyüm üçün özümə qadağa qoymuşam. Öz dəfn mərasimlərimizdən başqa insanların cənazələrinə gedə bilmirəm. İnsanlar mənim yanıma təkər dəyişdirməkdən çox gülmək üçün gəlirlər", - deyə o qeyd edib.
Mənbə: İHA
Seçilən
203
50
oxu.az

10Mənbələr