AZ

Maykl Ceksonla bağlı sənəd təəccübləndirdi: Məhkəməyə müraciət olundu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Pop kralı" kimi tanınan əfsanəvi müğənni Maykl Ceksonun 2009-cu ildə yarım milyard dollara qədər borcu olub.
Bu barədə məlumat müğənni vəfat edəndən sonra onun mülkiyyəti ilə bağlı məsələlərə məsul olan şəxslərin Los-Anceles dairəsinin Ali Məhkəməsinə təqdim etdiyi sənəddə qeyd olunur.
Bildirilir ki, 2018-ci ildə Ceksonun aktivlərindəki pullar vəkillərə və digər xərclərə ayrılıb. Kreditorlar tərəfindən ümumilikdə 65 iddia irəli sürülüb, ancaq inzibatçılar bunların əksəriyyətini yoluna qoya biliblər.
Xatırladaq ki, Cekson 2009-cu ildə 50 yaşında Los-Ancelesdəki malikanəsində vəfat edib. Karyerası ərzində musiqiçi 13 "Qremmi" mükafatı qazanıb və iki dəfə rok-n-rollun Şöhrət zalına daxil edilib.
Mənbə: Gazeta.ru
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
14
oxu.az

10Mənbələr