AZ

Qırğızıstanda sel nəticəsində azı beş nəfər ölüb

Nookat rayonunda leysan güclü selə səbəb olub
Qırğızıstanın Nookat rayonunda sel nəticəsində azı beş nəfər ölüb. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.
"Nookat rayonunda leysanın səbəb olduğu sel nəticəsində azı 5 nəfər ölüb”, - nazirliyin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, bununla belə, ölən və yaralananların sayı barədə məlumatlar dəqiqləşdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
6
ayna.az

10Mənbələr