AZ

Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb

Bakının Səbail rayonunda 70 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1954-cü il təvəllüdlü Əlizadə Nailə Ağakərim qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
47
big.az

10Mənbələr