AZ

Sabah 32 dərəcə isti olacaq

Bakı. Trend:

İyulun 1-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, Bakıda və Abşeronyarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecəyədoğru bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalıvar. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzolunacaq.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 27-32° isti olacaq.Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə60-70 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasənyağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabiryağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdəleysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir dumanolacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-34° isti,dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
49
az.trend.az

10Mənbələr