AZ

ABŞ-ın Avropadakı hərbi bazaları yüksək hazırlıq vəziyyətinə gətirilib

ABŞ-ın Avropa ölkələrindəki hərbi bazaları terror aktı təhlükəsi ilə əlaqədar yüksək hazırlıq vəziyyətinə gətirilib.

 

Oxu24.com xəbər verir ki,Bu barədə CNN Amerika administrasiyasının nümayəndələrinə istinadən xəbər verir.

Qeyd edilir ki, terror hücumunun hədəfi Amerika hərbçiləri və ya ABŞ-ın obyektləri ola bilər. Rəsmilərdən biri qeyd edib ki, bu səviyyədə təhlükə ən azı 10 ildə ilk dəfə qeydə alınıb. Digər təfərrüatlar verilmir.

Bundan əvvəl bildirilmişdi ki, Yaponiyanın ən cənubunda yerləşən Okinava prefekturasının sakinləri Amerika bazalarından, eləcə də Amerika hərbçiləri ilə bir sıra insidentlərdən və özünümüdafiə qüvvələrinin sürətlə yerləşdirilməsindən narahatdırlar. Bu barədə prefektura qubernatoru Denni Tamaki Okinava döyüşünün başa çatması münasibətilə keçirilən mərasimdəki çıxışında bildirib.

Bundan əvvəl Rusiya kəşfiyyatının rəhbəri ABŞ hərbi bazalarının Ermənistanda görünməsi ehtimalını dəyərləndirib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
2
oxu24.com

10Mənbələr