AZ

Güclü küləklə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edilib

Milli Hidrometeorologiya Xidməti iyulun 2-3-də bölgələrdə gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı “sarı” və “narıncı” xəbərdarlıqlar verib.

Xidmətdən Doğru az-a verilən məlumata görə, “sarı” xəbərdarlığa uyğun olaraq Qazax, Ağstafa, Şəmkir, Tovuz, Samux, Bərdə, Tərtər, Göygöl, Gədəbəy, Ağdam, Yevlax, Ağcabədi, Balakən, Zaqatala, Şəki, Qax və Culfada şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.

“Narıncı” xəbərdarlığa əsasən, Naxçıvan, Babək, Şahbuz, Ordubad, Naftalan, Goranboy, Gəncə, Mingəçevir, Daşkəsəndə şərq küləyinin əsəcəyi və küləyin sürətinin saniyədə 20.8-28.4 metr olacağı proqnozlaşdırılır.

DOĞRU.AZ

Seçilən
66
49
dogru.az

10Mənbələr