AZ

Məktəbəhazırlıq qruplarına qəbul başlayır

İyulun 11-də saat 11:00-dan 2024/2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir.

525.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, proses mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Eşqi Bağırov qeyd edib ki, Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 16 iyul saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 18 iyul saat 11:00-da aktiv ediləcək.

Xatırladaq ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2019-cu il təvəllüdlü) qəbul edilirlər.

Sevinc Qarayeva






















Bizi İnstagramda izləyin

Seçilən
52
49
525.az

10Mənbələr