AZ

Avtobus dayanacaqlarındakı lövhələr sakinlərdə çaşqınlıq yaradır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dayanacaqlardakı xüsusi məlumat lövhələrində nömrələri qeyd olunan bəzi avtobuslar həmin ərazilər üzrə fəaliyyət göstərmirlər.
Sakinlər bildiriblər ki, 132, 175 nömrəli avtobusları saatlarla gözləyib, heç bir nəticə əldə etməyiblər.
Belə ki, iyulun 1-dən Bakı ətrafı qəsəbələr üzrə marşrut xətlərində yeni avtobuslar istifadəyə verilib. Bəzilərinin isə nömrələri dəyişdirilib.
Lakin məlumat lövhələrində əvvəlki nömrələr olduğu kimi qalıb.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, marşrut xətləri ilə bağlı məlumat lövhəsinə dair yeni standartlar müəyyən edilib:
"İşlər yekunlaşdıqdan sonra lövhələr yeni standartlar əsasında quraşdırılacaq".
Ətraflı "Xəzər Xəbər"in süjetində:
Seçilən
168
23
oxu.az

10Mənbələr