Yeni araşdırmalar göstərir ki, Alyaskada əsas buzlaqların əriməsi sürətlənib və əvvəlcədən düşünüldüyündən daha erkən geri dönüşü olmayan bir nöqtəyə çata bilər.
Nyukasl Universitetinin (Böyük Britaniya) alimləri tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, Alyaska ilə Britaniya Kolumbiyası (Kanada) sərhədində yerləşən Cuno buz sahəsində buzlaqların azalması 2010-cu ildən bəri kəskin şəkildə sürətlənib.
Əgər 1979-cu ilə qədər buzlaqlar ildə 0,65-1,01 kub kilometr arasında dəyişərək əriyirdisə, 2010 və 2020-ci illər arasında kəskin sürətlənmə olub və buz itkisinin sürəti iki dəfə artaraq ildə 5,91 kub kilometrə çatıb.
Mənbə: planet-today.ru