AZ

"İrəvan-Bakı danışıqları ABŞ üçün prioritetdir"

"ABŞ Ermənistan və Azərbaycanla NATO sammiti çərçivəsində konkret görüşlər və məsələlər üzərində işləməyə davam edəcək".

Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel məlumat verib.

O qeyd edib ki, iki ölkə arasında davam edən müzakirələr Dövlət Departamenti üçün prioritetdir.

"Cənubi Qafqazdakı bir məsələ kontekstində geniş şəkildə deyim ki, bu bizim üçün və Dövlət Departamentinin digər rəsmiləri üçün prioritetdir. Şübhəsiz ki, sammit çərçivəsində konkret görüşlər və tapşırıqlar istiqamətində işləməyi davam etdirəcəyik. Sadəcə, hələlik konkret gündəliklə danışmaq istəmirəm", - o qeyd edib.

Seçilən
99
45
publika.az

10Mənbələr