AZ

Bakıda təndirxanada güclü yanğın – VİDEO

Bakının Xətai rayonu ərazisində yanğın baş verib.

TEMPİNFO xəbər verir ki, yanğın hadisəsi rayon ərazisində yerləşən təndirxanada qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb.

“Nazirliyin 112 qaynar xəttinə Xətai rayonunun Abdulla Rəhimov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb edilib. Yanğınların müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir”, – məlumatda qeyd olunub.

Seçilən
139
50
tempinfo.az

10Mənbələr