AZ

İsmayıllıda sürüşmə səbəbindən bir kənd tamamilə boşaldılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Torpaq sürüşməsi baş verən İsmayıllının Qoydan kəndindən bütün sakinlər təxliyə ediliblər.
Bununla bağlı Oxu.Az-a kənd sakini məlumat verib.

Bildirilib ki, torpaq sürüşməsinin baş verdiyi Qoydan kəndində yağan intensiv yağışlardan sonra vəziyyət təhlükəli hal aldığı üçün kənddəki ailələrin hamısı köçürülüb.
"Kənd boşdur. Kənd camaatının bəzisi başqa yerdə yaşayan qohum evlərinə, bəzisi isə kirayə çıxmalı olub. Kirayədə yaşamaq məcburiyyətində olan ailələrə kirayə pulu verilir", - deyə sakin bildirib.
Xatırladaq ki, İsmayıllının Qoydan kəndində keçən ayın sonunda torpaq sürüşməsi baş verib.
Fotoları təqdim edirik:
Əzizə İsmayılova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
50
oxu.az

10Mənbələr