AZ

Zelenski: "Ukrayna Azərbaycandan qaz tədarükü ilə bağlı danışıqlar aparır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ukrayna Azərbaycandan Avropa İttifaqına (Aİ) təbii qaz tədarükü ilə bağlı danışıqlar aparır, tranzit ölkə rolunu qoruyub saxlamaq və Qərb qonşularına enerji təhlükəsizliyini təmin etməkdə kömək etmək istəyir".
Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski müsahibəsində deyib.
"İndi alternativ addımlar - başqa ölkənin boru kəmərindən necə istifadə edə biləcəyimiz nəzərdən keçirilir", - deyə Zelenski qeyd edib.
O, bəyan edib ki, Ukrayna Rusiya ilə qaz müqaviləsini yeniləmək istəmir.
"Biz onların burada pul qazanmasını istəmirik", - deyə dövlət başçısı vurğulayıb.
Zelenski Nazirlər Kabineti üzvlərinin hazırda Azərbaycan qazının Aİ-yə mümkün tranziti məsələsi ilə məşğul olduğuna aydınlıq gətirib və qeyd edib ki, Rusiya qazının Azərbaycan tədarükləri ilə əvəzlənməsinə dair razılaşma hazırda müzakirə olunur.
Mənbə: interfax
Seçilən
124
35
oxu.az

10Mənbələr