Polşa öz ordusunu Ukraynaya göndərmək niyyətində deyil və hesab edir ki, bu cür hərəkətlər NATO-nun Kiyev və Moskva arasında silahlı münaqişədə birbaşa iştirakını təşkil edəcək.
HİT.az xəbər verir ki, bunu respublika prezidenti Anjey Duda slovakiyalı həmkarı Peter Pelleqrini ilə görüşündən sonra deyib.
“Mən də inanmıram ki, Polşa öz ordusunu Ukraynaya göndərsin. Bu, NATO dövlətinin müharibəyə girməsi olardı”, deyə Duda bildirib.
İyulun 3-də Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, respublika Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə təlim keçmək məqsədi ilə öz ərazisində Şimali Atlantika Alyansının ikinci təlim mərkəzi yaratmağı planlaşdırır.
Bundan əvvəl Polşa baş nazirinin müavini və Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış ölkə hakimiyyətinin Ukrayna hərbçilərinə öz dövlətinin ərazisində təlim keçəcəyini bildirsə də, öz təlimatçılarını Ukraynaya göndərmək niyyətində deyil.
Samir